Vergiler.az

Cənubi Koreya vergi siyasətinin əsas istiqamətlərini açıqlayıb

 

Hökumətin rəsmi açıqlamasında bildirilmişdir ki, 2018-ci ildə Cənubi Koreyada biznesin canlandırılması üçün bəzi vergi güzəştləri artırılacaq, özəl əmlakın vergiyə cəlb edilməsinə yenidən baxılacaq. Yanvarın 2-də hökumətin bu il üzrə yürütməyi planlaşdırdığı iqtisadi siyasət barədə ətraflı məlumat yayılmışdır.  Bildirilmişdir ki, hökumət daha çox işçi qəbul edən kiçik və orta biznes üçün vergi güzəştləri müəyyənləşdirməklə özəl sektorda layiqli iş yerlərinin yaradılmasına dəstək verəcəkdir. Bunda əlavə, nisbətən kiçik müəssisələri işə cəlb edən iri müəssisələr üçün də vergi güzəştləri tətbiq olunacaq. 

Hökumət icarə gəlirlərindən vergi tutmaq, əmlak vergisinə yenidən baxmaq, kreditləri gəlir vergisinin məbləğinə əsasən artırmaq, eləcə də azgəlirli şəxslərə dəstək göstərmək yolu ilə vergi rejiminin daha ədalətli olmasına can atdığını bildirmişdir.