Vergiler.az

Bahalı maşın sahibləri vergi ödəyirlər

 

Yeni ilin maraqlı vergi xəbərlərindən biri də Moldovadandır - lüks maşın sahibləri yanvarın 1-dən bu keçmiş sovet respublikasında vergiyə cəlb olunmuşdur. Qiyməti 1,5 milyon leydən (88 min dollar) baha olan avtomobil sahibləri avtomobilin qiymətinin 2 faizi məbləğində vergi ödəməlidirlər.

 

Artıq qüvvəyə minmiş «2018-ci il üçün büdcə-vergi və gömrük siyasəti haqqında» Qanuna əsasən, 2 faizlik vergidən əlavə, avtomobili ölkəyə xaricdən alıb gətirən şəxslər maşının tipindən və mühərrikin həcmindən asılı olaraq, aksiz vergisi də ödəməlidirlər. Moldovanın avtomobil ticarəti ilə məşğul olan biznes dairələri bu xəbəri soyuqqanlı qarşılamışlar. Onlar hesab edirlər ki, hökumətin bu addımı avtomobil biznesində cüzi bahalaşmaya səbəb olduğu üçün bazara ciddi təsir göstərməyəcək.