Vergiler.az

Danışa bilən nitq generator

 

«Google» korporasiyasının mütəxəssisləri canlı insan səsindən fərqlənməyən və danışa bilən nitq generatoru yaradıblar. «Tacotron-2» adlı sistem mətni nitqə yüksək keyfiyyətlə çevirə bilir. Proqram neyroşəbəkələrdən ibarətdir. Birinci neyroşəbəkə mətn əsasında spektroqram yaradaraq «WaveNet» adlı ikinci alqoritmə ötürür. «WaveNet» onu səsləndirir. Qurğu çətin tələffüz olunan sözlərin öhdəsindən asanlıqla gəlir və vərəqdən oxuyaraq durğu işarələrini nəzərə alır, cümlənin sonunu və başlanğıcını intonasiya ilə ayırır. Proqramın işinin nümunələri artıq sistemin səhifəsində yerləşdirilib. Yeni sistemin tezliklə tətbiq olunması gözlənilir.