Vergiler.az

E-imza sertifikatları uğurla tətbiq edilir

 

«Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»nin prioritetlərindən biri olan «Rəqəmsal ödənişlərin genişləndirilməsi» istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər davam etdirilir.

Bankdan bildiriblər ki, məlumat mübadiləsi zamanı yüksək informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda yaradılmış və 2014-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditasiya edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imza alətlərinin yalnız Mərkəzi Bankın operatoru olduğu informasiya resurslarına, ödəniş və hesablaşmalar sistemlərinə deyil, həmçinin kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslər üçün təklif olunan elektron bankçılıq və «müştəri-bank» xidmətlərində tətbiqinə başlanılıb.

 

Bank sektorunda müasir informasiya texnologiya infrastrukturunun yaradılması və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər Mərkəzi Bank tərəfindən davam etdirilir və yaxın zamanlarda digər bankların da öz müştəriləri ilə münasibətlərdə BSXM-in xidmətlərindən istifadəsi planlaşdırılır.