Vergiler.az

İxrac missiyaları özünü doğruldur

 

2017-ci ildə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması və tərəfdaş şirkətlərləəlaqələrin qurulması istiqamətində mğhğm addımlar atılıb

 Azərbaycanda İxracın vəİnvestisiyaların Təşviqi Fon­dunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bildirib ki, «Made in Azerbaijan» brendinin təş­viqi üçün ixrac missiyalarının təşkili mğhğm fayda ver­mək­dədir. Missiya çərçivəsində keçirilən görüş­lər­də xarici investorlara və ticarət tərəfdaşla­rı­mıza ölkə­mizin qeyri-neft istehsalının potensial vəziy­yəti, ixrac olunan məhsullar barədə ətraflı məlumatlar çat­dırılır.

 

İxrac missiyaları zamanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdə yerli məhsullarımızın tanıdılması öz faydasını verib və qarşı tərəflə əməkdaşlıq sazişləri imzalanıb. Azərbaycanın «Bright­man BMC» şirkəti konservləşdirilmiş məhsulların BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair «Al-maya» və «Lulu» marketlər şəbəkələri və «Al-Ghamdi» trading şirkəti ilə ilkin razılıq əldə edib. «Sunfood» şirkəti nar şirəsinin və çayın, «Səba» ət məhsullarının, «Kerkom» və «Azəri-bal» şirkətləri isə balın BƏƏ-yə ixracına dair «Al-maya», «Lulu», «Al-Qudva» marketlər şəbəkələri ilə danışıqlara başlayıblar. «Az-Granata» şirkəti nar şirəsinin Dubaya ixracına dair ilkin razılığa gəlib.Bundan başqa, Azərbaycanın «Azprotein» şirkəti BƏƏ-nin «Al-Tayeb» pərakəndə və topdansatış distribütör şirkəti və «Choitrams» marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz ölkələrinə ixracına dair razılıq əldə edib.Səudiyyə Ərəbistanına ixrac missiyası zamanı bal, ət və süd məhsullarının alğı-satqısı barədə razılıq əldə olunub.

Y.Abdullayev «Made in Azerbaijan» brendinin təşviqi ilə bağlı 2018-ci ildə nəzərdə tutulan tədbirlərdən bəhs edərkən bildirib ki, gələn ilin fevralında Berlin, Moskva və Dubay şəhərlərinə, mayda isə Çinə ixrac missiyaları təşkil ediləcək.Berlində təşkil olunacaq tədbirdə vahid ölkə stendi ilə Azərbaycandan 10 şirkət təmsil olunacaq.

Qeyd edək ki, ixrac məhsullarının çeşidi və coğrafiyasının şaxələndirilməsi, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi ilə yanaşı, ixracyönümlü istehsala əlavə güzəştlər verilir.Yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentin almasına, ixrac layihələrinin hazırlanmasına çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir.Beynəlxalq sərgi və ya yarmarkalarda «Made in Azerbaijan» brendini təşviq edən xərclərin 30%-i dövlət tərəfindən qarşılanır.Stimullaşdırma işlərinə əlverişli maliyyə şərtləri, logistika, infrastrukturun yaxşılaşdırılması, xarici bazarlara çıxış üçün yardım daxildir.Bununla yanaşı, milli ixracın stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinin idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların sadələşdirilməsi, ixracatçılar üçün daha münasib şəraitin yaradılması əsas məqsədlərdəndir.

İxracın təşviqi məqsədilə AZPROMO-nun «İxraca hazır ol» layihəsi çərçivəsində sahibkarların maarifləndirilməsi, onların nəzəri və praktiki biliklərinin səviyyəsinin yüksəldilməsi, ixrac sahəsində Avropa təcrübəsinin artırılması nəzərdə tutulur.Birgə layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə ixraca dair sertifikatlaşdırma, elektron ixracla bağlı təlimlərin keçirilməsi, bazar tədqiqatlarının aparılması, məlumat mübadiləsi və digər tədbirlər həyata keçiriləcək.

E.CƏFƏRLİ