Vergiler.az

«Real»ın müdafiəçisi vergidən yayındığını etiraf edib

 

Son vaxtlar dünyanın futbol ulduzları haqqında vergi qalmaqalları ilə bağlı xəbərlər çox tez-tez yayılır. Bu günlərdə Madridin «Real» klubunun braziliyalı müdafiəçisi Marselonun da adı gündəliyə gətirilmişdir. O, məhkəmə qarşısında vergidən yayındığını etiraf edərək 500 min avro məbləği kompensasiya kimi ödəməyə hazır olduğunu bildirmişdir. Mətbuatın yazdığına görə, futbolçunun məhkəməsi cəmi 10 dəqiqə çəkmişdir. Onu cinayət sxemi yaratmaqda ittiham edirlər. Həmin sxemin vasitəsilə Marselo iki il ərzində - 2011-ci ildən 2013-cü ilədək vergidən yayınmaq məqsədilə imic hüquqlarının satışından əldə etdiyi gəlirlərini gizləmişdir.