Vergiler.az

Təhsil haqqının ödənilməsi

 

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 2-ci kurs tələbəsiyəm, ödənişli əsaslarla təhsil alıram. Təhsil aldığım universitetə təhsil haqqı nağd qaydada ödənilə bilərmi?

 «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Həmin Qanunun 3.4.8-ci maddəsinə əsasən, təhsil haqlarının ödənilməsi həmin Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən:

Təhsil haqlarının ödənilməsi Qanunun 3.1-ci maddəsi ilə müəyyən edilmiş nağdsız hesablaşmaların hər üç forması üzrə həyata keçirilə bilər.