Vergiler.az

Hindistan elektron hesablar haqqında qanun layihəsinin qəbulunu təxirə salıb

 

Hindistanın hakim dairələri mal və xidmətlər üçün tətbiq olunan vergi üzrə vergi ödəyicilərindən gələn böyük həcmdə sənədlərin öhdəsindən gəlməyə çətinlik çəkdiyini bəyan etsə də, hökumət elektron hesablar barədə qanun layihəsinin qəbul edilməsini təxirə salmağı qərara almışdır. Bu layihəyə əsasən, vergi tutulan şəxslər 50.000 rupi (770 dollar) məbləğində öncədən ödəniş etməlidirlər. 

Dövlətlər arasında ticarət aparmaq, eləcə də bütün Hindistan üzrə vahid bazar yaratmaq məqsədilə tarifə aid olmayan əngəllərin aradan qaldırılması üçün nəzərdə tutulan elektron hesab malların daşınmaya qədər ilkin qeydiyyata alınmasını tələb edir. Başqa sözlə desək, bu qanun qəbul ediləndən sonra dövlətlər arasındakı sərhəddəki buraxılış-nəzarət məntəqələrində yoxlamaya ehtiyac qalmayacaq. 

Hazırda qanun layihəsinin 2018-ci ilin yanvarından sınaqdan keçirilməsi, apreldən isə tam tətbiq olunması təklif edilir.