Vergiler.az

Kəpənək qanadları və Günəş batareyaları

 

Kəpənək qanadları deyəndə gözümüzün özünə bənzərsiz rənglər, simmetriya, zəriflik, bir də kövrək şeir misraları gəlir:

Özümü duyub ağlayam,

Gözümü yumub ağlayam,

Üzümü qoyub ağlayam

Kəpənək qanadlarına.

Zarafat öz yerində, kəpənək qanadlarının günəş batareyalarının hazırlanmasında da böyük rolu olub. ABŞ və Almaniyadan olan mütəxəssislər «Pachliopta aristolochiae» kəpənək növünün qeyri-adi qanad strukturundan istifadə edərək analoqlarından iki dəfə daha səmərəli Günəş batareyaları yaradıblar. İstilik tənzimlənməsində qeyri-adi səmərəliliyə malik olan bu həşəratın qanadlarının quruluşu işığın absorbsiya intensivliyini dəyişməyə imkan verir.

Alimlər qeyd olunan kəpənəyin qanad quruluşunu öz tədqiqatlarında tətbiq etməklə hidrogen əlavəli amorf silisiumdan hazırlanan nazik plyonkadan ibarət Günəş batareyaları yaradıblar. Günəş batareyalarının yeni quruluşu 90 faizədək düz bucaq altında, 50 faizədək isə əlli dərəcəyədək düşən işığı absorbsiya edib.