Vergiler.az

Azərbaycanın startap layihələri Gürcüstanda təqdim olunub

 

Gürcüstanın paytaxtı Tbilisidəki Texnologiyalar Parkında «Georgian-Azerbaijan Startup Forum»u keçirilib. Tədbirdə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndələri və startapçıları iştirak ediblər.

Forum çərçivəsində Gürcüstan və Azərbaycan arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Həmçinin startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının hər iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə ediblər.