Vergiler.az

Vergi siyasəti və iqtisadi inkişaf

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) «Elm aylığı» çərçivəsində tanınmış alimlərlə görüşlər davam edir. Növbəti görüş AMEA-nın müxbir üzvü, professor Akif Musayev ilə olub.

A.Musayev UNEC-in professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı və magistrantları qarşısında «Vergi siyasəti və iqtisadi inkişaf» mövzusunda məruzə ilə çıxış edib, ölkə iqtisadiyyatının dünya iqtisadi məkanına inteqrasiyası ilə bağlı düzgün vergi siyasətinin aparılmasının əhəmiyyətini vurğulayaraq iqtisadi siyasət konsepsiyasının ayrılmaz tərkib hissəsi olan vergi siyasəti və vergi sisteminin müasir standartlar əsasında formalaşdırıldığını qeyd edib.

Məruzədə vergi tənzimlənməsi, vergi dərəcələri və vergi yükünün optimal həddinin müəyyən edilməsi, vergi və güzəşt azadolmaları, vergidən yayınmanın qarşısının alınması yolları, vergi gəlirlərinin neft sənayesindəki yeri ilə bağlı məsələlər iştirakçıların diqqətinə çatdırılıb.