Vergiler.az

Vergi orqanı əməkdaşları müasir xidmət modullarını öyrənir

 

Vergilər Nazirliyinin Çağrı Mərkəzində «Resurslardan optimal istifadə edilməsi və vergi ödəyicilərinə keyfiyyətli xidmətlərin göstərilməsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək» tvinninq layihəsi çərçivəsində görülən işlərlə bağlı iclas keçirilib.

Tədbirdə Azərbaycan tərəfdən layihə rəhbəri, vergilər nazirinin müşaviri Elçin Məmmədov,  İspaniya tərəfdən layihə rəhbəri Joze Muniz və Fransa tərəfdən layihə rəhbəri Paul Katail çıxış ediblər. Bildirilib ki, cari ilin iyul ayında ekspertlər Vergilər Nazirliyinin əməkdaşlarına müasir xidmət texnologiyalarına əsaslanan 3 metodologiya (EFQM, COSO və SIX SIGMA) barədə təlim və məşğələlər keçiblər. Həmin metodologiyalar dövlət orqanları tərəfindən keyfiyyətli xidmətlərin göstərilməsi və idarəetmənin müasir modellərinin tətbiqi, bu sahədə dövlət orqanı əməkdaşlarının özünüqiymətləndirmə səviyyəsini müəyyənləşdirir. Hazırda digər təlim formatlarının müəyyənləşdirilməsi barədə müzakirələr aparılır.

Qeyd edilib ki, təşkil olunan təlimlər vergi sistemində xidmətlərin təkmilləşdirilməsinə, xidmət standartlarının qabaqcıl Avropa meyarlarına uyğunlaşdırılmasına, bütün kanallarda xidmətlərin təminatının keyfiyyətinin yüksəldilməsinə mühüm təsirini göstərəcək. 

ELBRUS