Vergiler.az

Vergilər Nazirliyinin Tədris Mərkəzi vakant vəzifələr üzrə işə qəbul ELAN ETMİŞDİR

 

«Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»nin 1.7-ci bəndinə müvafiq olaraq (müsabiqənin test imtahanı mərhələsindən azad olunmaqla birbaşa müsahibə mərhələsinə qəbul edilərək) Vergilər Nazirliyinin Tədris Mərkəzinin vakant olan vəzifələri üzrə aşağıdakı tələblərə malik olan və həmin vəzifələrə işə qəbul olunmaq istəyən vətəndaşların işə qəbulla bağlı ərizələri elektron sənəd qəbulu dövründə Vergilər Nazirliyinin inzibati binasında (əlbəəl) qəbul edilir:

 

İqtisadiyyat və menecment kafedrasının müəllimi:

 

Namizədlərə tələblər:

·    İqtisadiyyat sahəsində ali təhsil          (minimum magistr səviyyəsi);

·    Elmi və pedaqoji sahədə minimum 2 il iş stajı;

·    İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və            praktiki biliklər;

·    Təlimlərin aparılması texnologiyası və qaydaları üzrə zəruri biliklər;

·    Yüksək səviyyədə nitq və ünsiyyət  qurma bacarıqları;

·    Müasir təlim metod və alətlərindən istifadə etmə bacarıqları;

·    Auditoriyanı idarəetmə bacarığı;

·    Təlimin xüsusiyyətindən asılı olaraq MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.

 

Elmi-tədqiqat bölməsinin elmi işçisi:

 

Namizədlərə tələblər:

·    İqtisadiyyat və ya hüquq sahəsində ali təhsil (minimum magistr səviyyəsi);

·    Elmi-tədqiqat sahəsində minimum 2 il iş stajı;

·    İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və            praktiki biliklər;

·    Elmi-tədqiqat işləri aparmaq və müvafiq işləri yerinə yetirmək bacarığı;

·    MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.

 

Müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. Müsabiqə zamanı xarici dil biliklərinə və elmi dərəcəyə malik olan namizədlərə üstünlük veriləcəkdir.

Vergilər Nazirliyinin Tədris Mərkəzi Şamaxı rayonu, Nağaraxana kəndində yerləşir. Tədris Mərkəzinin Əsasnaməsi, vakant vəzifələrin mövcud olduğu kafedranın və bölmənin Əsasnamələri və həmin vəzifələrin təlimatları ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin internet səhifəsinin (www.tedris.taxes.gov.az) «Normativ sənədlər» bölməsində tanış olmaq olar.

Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.