Vergiler.az

BİR CÜMLƏ - BİR XƏBƏR

 

Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 11 bank üzrə 747 milyon 832 min manatdan çox kompensasiya ödənilib.

«Şahdəniz» qaz-kondensat yatağından hasilat bərpa olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr arasında neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə öz üzərinə götürdüyü öhdəliyə əməl olunmasını davam etmək niyyətindədir.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üçün Azərbaycana 500 milyon dollar kredit ayrılması üzrə layihənin yekun icmalını başa çatdırıb.

Türkiyənin təbii qaz idxalında Azərbaycanın payı 15,93 faizə çatıb.

Çində 40 ölkədən olan sahibkarlara Bakı limanının gələcək perspektivləri barədə məlumat verilib.

Azərbaycan şərablarının xarici ölkələrə, o cümlədən Çinə ixrac olunması ilə bağlı müzakirələr aparılır.

Bu ilin yanvar-iyul aylarında İstanbula səyahət edən azərbaycanlı turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artaraq 115.010-a çatıb.