Vergiler.az

Braziliyada vergi amnistiyası büdcəyə milyonlarla vəsait gətirib

 

Braziliyanın Vergi Xidmətinin açıqlamasında bildirilmişdir ki, ölkədə tətbiq edilən vergi amnistiyası qüvvədə olan müddət ərzində 4,6 milyard Braziliya realı (1,46 milyard ABŞ dolları) məbləğində xarici aktivlər barədə bəyannamə verilmişdir. Beləliklə, hökumətin açıqlamasına görə, vergi ödəmələrinin, eləcə də cərimələrin ümumi məbləği 1,6 milyard real (0,5 milyard dollar) təşkil etmişdir.

Braziliyada vergi amnistiyası 2017-ci il martın 3-dən iyulun 31-dək müəyyən edilmişdi, bu müddət ərzində bütün arzu edən rezidentlər proqramın şərtlərindən faydalana bilərdilər.

120-ci gündən sonra amnistiyadan istifadə edən şəxslər göstərilən dövr üçün gəlir vergisinin 15%-ni, eləcə də vergi amnistiyasının bütün iştirakçıları üçün şərtlərin bərabər olması naminə 135% cərimə ödəməli idilər.