Vergiler.az

Yaponiya xarici səfərlərə vergi qoymaq niyyətindədir

 

Ölkənin turizm idarəsi yerli kurortlardan istifadə səviyyəsini artırmaq məqsədilə xaricə gedənlərdən vergi tutmaq imkanlarını nəzərdən keçirir.

İdarədən verilən rəsmi açıqlamada bildirilmişdir ki, belə bir variantın hazırlığı üzərində iş gedir, lakin həmin verginin tətbiq edilməsi halında həm vətəndaşlara, həm də ölkədən çıxan turistlərə şamil ediləcək.

Gözlənilir ki, verginin məbləği 1000 yen (9 ABŞ dolları) olacaq və hər il orta hesabla büdcəyə əlavə 217 milyon vəsait gəlməsinə şərait yaradacaq. Bununla belə, 2020-ci ildə Olimpiya oyunları ilə əlaqədar ölkəyə güclü turist axınının yaranacağı gözlənilir.

Bildirilmişdir ki, Kioto və Osaka şəhərlərinin rəhbərlikləri turistlərə görə yığımların artırılmasını dəstəkləyir və otel nömrələrinin qiymətinə əlavə edilmək şərtilə yaşayış üçün vergi tətbiq etməyi planlaşdırırlar.