Vergiler.az

Sahibkarlıq fəaliyyəti

 

Metal tullantılarının ayrı-ayrı şəxslərdən top­la­yaraq qəbul məntəqələrinə və istehsal sahə­lə­rinə təhvil verilməsi zamanı hansı vergi öh­də­likləri yaranır?

 

Vergi Məcəlləsinin (VM) 13.2.37-ci maddəsinə əsasənsahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsindən ibarət olan fəaliyyətdir.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.(VM, maddə 101.3)

Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən VM-in 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (VM-in 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) VM-in 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ər­zində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə ver­məyə borcludur (VM, maddə 155.1).

Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (VM-in 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla)  təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir (VM, maddə219.1).

 

Qeyd olunanlara əsasən:

Metal tullantılarının ayrı-ayrı şəxslərdən toplayaraq istehsalat müəssisəsinə təqdim edilməsindən əldə olunan gəlirdən vergi ödəyicisi seçdiyi vergitutma metodundan(gəlir vergisi, ƏDV və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.