Vergiler.az

«Azexport» fəaliyyətini genişləndirir

 

Qeyri-neft məhsullarının ixracının genişləndirilməsi və şaxə­lən­dirilməsi bu gün Azərbaycan iqtisadiyyatının prioritet mə­sə­lələrindəndir. Bu sahədə müxtəlif alətlər vasitəsilə sahib­kar­lara yeni imkanlar yaradılır. «Made in Azerbaijan» brendinin dünyada tanıdılması, ixrac missiyalarının və vahid ülkə stendlərinin təşkili, xaricdə patent və sertifikatların alınması kimi məsələlərdə sahibkarlara dəstək güstərilir. Qısa müd­dət­də təşkil olunan ixrac missiyaları zamanı məhsullarımız xa­rici bazarlara zıxarılıb, müqavilələr imzalanıb.

«Bir pəncərə» İxraca Dəstək Mərkəzinin yaradılması da ixracın stimullaşdırılmasında çox böyük rol oynayır. «Azexport» portalının nəzdində fəaliyyət göstərən «Bir pəncərə» İxraca Dəstək Mərkəzi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərlə onların xarici biznes tərəfdaşları arasında sənədlərin, o cümlədən müqavilələrin elektron formada tərtibinə və imzalanmasına, habelə real vaxt rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə imkan verir.

Hazırda mərkəzə inteqrasiya olunan dövlət orqanlarının nümayəndələri xidmət mərkəzində fəaliyyət göstərərək informasiya resursları ilə real vaxt rejimində məlumat mübadiləsini təşkil edir: «Mərkəz bir sıra sertifikatların verilməsini nəzərdə tutur. Bunlar ixrac edilən heyvanlara, heyvan mənşəli məhsullara və xammala beynəlxalq baytarlıq sertifikatı, bitki və bitkiçilik məhsullarının ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı üçün keyfiyyət sertifikatı, malın mənşə ölkəsini təsdiq edən sertifikat, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazə (sertifikatın), mədəni sərvətlərin ixracı üçün mühafizə şəhadətnaməsi, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıqdan ibarətdir».

Sahibkarlar həmçinin «Bir pəncərə» İxraca Dəstək Mərkəzindən müxtəlif sahələrdə məsləhətlər alır, «Azexport» portalı üzərindən ixrac imkanlarını genişləndirir və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətlərindən də yararlanırlar.

«Azexport» Azərbaycan məhsullarının dünyanın aparıcı elektron ticarət portallarında təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir. «Azexport»un Amazon-la əməkdaşlığı çərçivəsində «Ful­fill­ment by Amazon» (FBA) xidməti indi azərbaycanlı iş adamlarına da əlçatan oldu. «Amazon» sahibkarlarımıza məhsullarını ABŞ-da yerləşən 100-dən artıq anbarda yerləşdirmə, saxlama, qablaşdırma və çatdırma xidməti təklif edir. «Azexport» bu xidmətlə bağlı maraqlı olan iş adamlarının müracitələrini qəbul edir.  

F.İkramqızı