Vergiler.az

ƏDV-nin əvəzləşdirilməsi

 

Quş ətinin idxalı zamanı büdcəyə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) məbləğləri hansı qaydada əvəzləşdirilir?

Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən ölkə ərazisində quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Qeyd olunanlara əsasən:

Quş ətinin satışı ƏDV-dən azad olunduğundan idxal zamanı ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

 

Suallarınızı redaksiyamızın ünvanına: AZ 1073, Bakı ş., Landau küç., 16 və ya s.musayeva@taxes.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz