Vergiler.az

Vergiləri ödəmək hər kəsin borcudur

 

Vergi ödəyiciləri arasında da­vam­lı məlumatlandırma təd­birlərinin aparılma­sına bax­ma­yaraq, vergi bəyannamə­lərinin hansı formada, nə vaxt təqdim edilməsi ilə bağlı suallar çıxır. Bu cür suallara cavab vermək məqsədilə Vergilər Nazirliyi hər ay «Yaddaş» və «Vergi təqvimi» hazırlayır, rəsmi internet say­tında yer­ləş­dirir, sosial şə­bə­kə­lərdə, eləcə də ATV kanalında efirə gedən «İqtisadi zona» verilişində, «Vergilər» qəzetində və digər KİV orqanlarında bu barədə ətraflı məlumatlar verir. Bu materiallar müxtəlif təd­bir­lər zamanı vergi ödəyicilərinin özlərinə də təqdim olunur.

Qanunvericilik hər bir vergi növünün ödənilmə və bəyannamələrin təqdim edilməsi müddətlərini müəyyən edib. Bəyannamənin hansı formatda təqdim olunması isə vergi ödəyicisi tərəfindən müstəqil seçilir və vergi orqanı edilmiş seçimə uyğun təqdim olunan bəyannaməni nəzərə alır. Elektron bəyannamənin tətbiqi barədə müqavilənin qüvvədə olduğu müddətdə eyni hesabat dövrü üzrə eyni tip bəyannamə vergi ödəyicisi tərəfindən yalnız bir formatda (elektron və ya kağız formatda) təqdim edilməlidir. Vergi ödəyicisi vergi bəyannamələrini elektron şəkildə göndərmək üçün müvafiq «Elektron sənəd mübadiləsi haqqında ərizə»ni  və iki nüsxədə «Elektron sənəd mübadiləsi haqqında müqavilə» formasını doldurub imzalamalı (möhürləməli) və uçotda olduğu vergi orqanına təqdim etməlidir. Vergi orqanı vergi ödəyicisinin ərizəsini qəbul etdiyi tarixdən sonrakı iki gün müddətində müqavilənin imzalanıb (möhürlənib) təsdiq edilməsini təmin edir. Müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi və elektron sənəd mübadiləsinin aparılması üçün zəruri istifadəçi kodu, şifrə və parol vergi ödəyicisinə qapalı zərfdə təqdim edilir. Müqavilənin qarşılıqlı imzalanması ilə vergi ödəyicisi bəyannamələrini vergi orqanına elektron şəkildə təqdim etmək hüququnu əldə edir, vergi orqanındakı qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanına malik olur.

Xatırladaq ki, vergi orqanına təqdim edilən elektron bəyannamələr (hesabatlar) və vergi orqanından daxil olmuş bütün elektron sənədlər 7 ildən az olmayan müddət ərzində saxlanmalıdır.

Vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur və ödəyici qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi tərəfindən isə vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metod tətbiq olunur.

Qeyd olunan formalar, habelə zəruri proqram təminatları, onlardan istifadə qaydaları üzrə təlimat və digər metodik məlumatlar Vergilər Nazirliyinin rəsmi internet saytının «E-xidmətlər» bölməsindən  əldə oluna bilər. Vergi ödəyicilərinin, habelə əhalinin vergi qanunvericiliyi və onun tətbiqi, Vergilər Nazirliyinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat almalarını, eyni zamanda vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin etmək məqsədilə Vergilər Nazirliyinin  195 nömrəli Çağrı Mərkəzinin fəaliyyətindən yararlanmaq mümkündür. Çağrı Mərkəzinə edilən hətta hər bir xırda məsələ ilə bağlı suallar vergi ödəyiciləri üçün izah olunur. Araşdırma tələb edən suallara isə qısa zaman ərzində cavab verilir.

Vergi bəyannaməsi vergi orqanına vaxtında təqdim olunmadıqda, qanuna əsasən, vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi dövlət büdcəsinə qanunla nəzərdə tutulmuş müddətdə və tam həcmdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1%-i məbləğində faiz tutulur.

Azərbaycan Respublikası Konsti­tu­si­ya­sının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcu­dur. Vergi Məcəlləsinin 16-cı mad­də­sinə əsasən qanunla müəyyən edil­miş ver­gilərin ödənilməsi, gəlir və xərc­lərin uzotunun aparılması, vergi he­sa­bat­larının təqdim edilməsi vergi ödə­yi­cilərinin vəzifələrinə aid edil­miş­dir.

Eyni zamanda, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetir­məyən, o cümlədən vergini hesabatda gös­tə­ril­məli məbləğə nisbətən azaldan və büdcəyə zatası vergi məbləüini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanun­veri­ci­liklə müəy­yən edilmiş maliyyə sank­si­yaları və di­gər məsuliyyət  tədbirləri tətbiq edilir.

Vergi Məcəlləsinin 23.1.15-3-cü mad­də­sinə əsasən vergi ödəyicisi vergi öh­də­li­yini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin ölkə­dən getmək hüququnun müvəqqəti məh­dudlaşdırılması üzün vergi or­qa­nı məhkəməyə müraciət etmək hüqu­quna malikdir.

Digər tərəfdən, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən xeyli və ya külli miqdarda vergiləri ödə­məkdən ya­yınma cinayət əməli hesab olu­nur.

Xatırladırıq ki, təqdim etdiyiniz bəyan­namələrdə gəlirləriniz barədə müvafiq məlumatları düzgün əks etdirmədiyiniz halda, Vergi Məcəllə­sinin 67-ci mad­də­si­nə əsasən əlaqəli məlumatlardan isti­fadə edilməklə müəy­yənləşdirilmiş faktiki gəlir məb­ləğ­ləri təqdim olunmuş bə­yan­na­mələrin göstəriciləri ilə üz­ləş­di­riləcək və vergidən yayın­dı­rıl­mış məb­ləğlər kameral hesablama apa­rıl­maq­la şəxsi vərəqənizə bərpa oluna­caq­dır.

Odur ki, fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itki­lə­rinə məruz qalmamağınız üzün möv­cud qanunvericiliyin tələblərinə əməl etməklə vergi öhdəliklərinizi vax­tında və tam şəkildə yerinə ye­tir­mə­yiniz tövsiyə olunur!

Əlavə məlumat almaq üzün qeydiy­yatda olduğunuz vergi orqanına və vergi ödəyicilərinə xidmət mərkəz­lə­rinə müraciət edə bilərsiniz.