Vergiler.az

Alqı-satqı zamanı torpaq vergisi

 

Mülkiyyətimdə olan 2 hektar kənd təsərrüfatı təyinatlı torpağı satdığım halda, bu əməliyyatdan hansı vergi öhdəliyim yaranır?

 

Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin müddəalarına əsasən, torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur.

Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinin müddəalarına görə, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq, sadələşdirilmiş verginin ödəyiciləridir.

Vergi Məcəlləsinin 220.8-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 218.4.5-ci maddəsində göstərilən şəxslər üçün kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi həmin Məcəllənin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.

 

Qeyd olunanlara əsasən:

Fiziki şəxsin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqdim edilməsi zamanı alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən həmin torpaq sahəsi üzrə hesablanmış torpaq vergisinin 2 misli məbləğində sadələşdirilmiş vergi hesablanır və satıcıdan tutulmaqla dövlət büdcəsinə ödənilir.