Vergiler.az

ELAN

 

Hörmətli vergi ödəyicisi!

Fəaliyyətiniz  zamanı vergi orqanı əməkdaşları tərəfindən korrupsiya və digər hüquq­poz­ma hallarına yol verildiyi ilə rastlaşdıqda, aşağıdakı imkanlardan istifadə etməklə, vergi orqa­nına müraciət edə bilərsiniz:

 

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az)  «Onlayn müraciətlər» bölməsinin «Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hğquqpozma halları barədə məlumat ver» alt bülməsinə;

 

Vergilər Nazirliyinin poçt ünvanına və ya Daxili təhlükəsizlik departamentinə üzərində «MƏXFİ - Daxili təhlükəsizlik departamentinə» qeydi olan məktubları gündərməklə.

Ünvan: AZ1073, Bakı şəhəri, Landau küçəsi 16,

Vergilər Nazirliyi;

 

Daxili təhlükəsizlik departamentinə gəlməklə və məlumatı şəxsən (şəxsiyyətinizi təsdiq edən sənədlə) təqdim etməklə.

Ünvan:  AZ1073, Bakı şəhəri,

Landau küzəsi 16, Vergilər Nazirliyi,

Daxili təhlükəsizlik departamenti;

Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)