Vergiler.az

«Vergilər uşaqların gözü ilə» RƏSM və İNŞA MÜSABİQƏSİ

 

Vergilər Nazirliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Vergilər uşaqların gözü ilə» rəsm və inşa müsabiqəsini elan edir. Müsabiqə seçmə və yekun mərhələdən ibarət olmaqla iki mərhələdə keçiriləcəkdir. Müsabiqənin qaliblərinə (1-ci, 2-ci və 3-cü yerləri tutanlara) diplom və hədiyyələr təqdim ediləcəkdir.

Rəsm müsabiqəsində 5-16 yaş, in­şa müsabiqəsində isə 9-16 yaş qru­pu­na aid uşaqlar iştirak edə bilərlər. Mü­sabiqəyə qoşulmaq üçün rəsm­lər və inşalar 2017-ci ilin may ayının 12-dək Vergilər Nazirliyinin rəsmi in­ternet saytında yerləş­diril­miş aşa­ğ­ıdakı ünvana təqdim edilməlidir:

www.taxes.gov.az/modul.php?name=terminal&cat=3

Hər iştirakçı yalnız 1 rəsm və ya 1 in­şa təqdim edə bilər. Rəsm və ya in­şa təqdim edilərkən müsabiqə iş­ti­rakçısının adı, soyadı və atasının adı, yaşı, təmsil olunduğu şəhər (rayon), oxuduğu məktəb və sinif ay­rıca qeyd olunmalıdır.

Müsabiqədə fəal iştirak etməyinizi və müvəffəqiyyət qazanmağınızı arzu edirik!

Azərbaycan Respublikası Vergilər Nazirliyi