Vergiler.az



ƏDV-nin dərəcəsini artırmaq təklif olunub

 

Cənubi Afrika Respublikasında (CAR) iqtisadi artımın aşağı tempdə olmasını və bunun nəticəsi olaraq hökumətin fiskal konsolidasiya üzrə qarşıya qoyduğu məqsədə çata bilməyəcəyini nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu (BVF) əlavə dəyər vergisini artırmağı təklif etmişdir. Fondun missiyasının ölkədəki iqtisadi vəziyyətin perspektivlərini müzakirə etmək üçün CAR-a səfərindən sonra yayılmış açıqlamada bildirilir ki, ortamüddətli büdcə siyasəti haqqında hesabat çərçivəsində nəzərdən  keçirilmiş fiskal tədbirlər borclanmanın məqbul səviyyəsinin saxlanılması ilə qeyri-sabit iqtisadi artım arasında tarazlıq yaradır. Açıqlamada deyilir: «Orta müddət üçün iqtisadi artım proqnozlarına azalma istiqamətində yenidən baxılacağı halda,  dövlət sektorunda əmək haqlarının və istehlak vergisinin artırılması kimi əlavə tədbirlərin görülməsinə ehtiyac var».

Vergi Komitəsinin keçənilki hesabatında ƏDV dərəcəsinin artırılmasının CAR iqtisadiyyatına təsiri müzakirə edilmişdi.