Vergiler.az

Hindistanda rəqəmsal xidmətlərə yeni vergi tətbiq edilir

 

Maliyyə naziri Santoş Hanqvarın sözlərinə görə, bu vergi son altı ay ərzində hökumətə 1,4 milyard rupi (20.631.579 ABŞ dolları) gəlir gətirmişdir. 2016-cı ilin büdcəsinə internet xidmətlərinə və Hindistanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentlərdən və Hindistanın vergi rezidentlərindən alınan reklam xidmətlərinə altı faizlik vergi qoyulması təklif edilmişdi. Bu vergi yalnız məbləği 100 min rupidən (1484 dollardan) artıq olan tranzaksiyalara aid edilir. Bu yığım OECD-nin vergi tutulan bazanın yuyulmasına və gəlirlərin vergidən yayındırılmasına qarşı mübarizə (BEPS) planı çərçivəsində irəli sürdüyü əlavə dəyər vergisinin dərəcəsinin artırılması ilə bağlı tövsiyəsinə uyğun  olaraq tətbiq edilir.