Vergiler.az



Vergi ödəyicilərinin işi asanlaşdırılır

 

Sadələşdirilmiş verginin bəyannaməsini 1 nümrəli əlavəsi ilə birlikdə onlayn qaydada tərtib edərək vergi orqanına gündərmək üçün video təlimatdan istifadə etmək mümkündür

Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) «Aktual» bölməsində ötən ilin sonlarından vergi ödəyicilərinin ixtiyarına verilmiş «Sadələşdirilmiş verginin ödəyiciləri üçün praktiki vəsait»də  sadələşdirilmiş verginin bəyannaməsinin 1 nömrəli əlavəsi ilə birlikdə onlayn qaydada tərtib edilərək vergi orqanına göndərilməsinə aid video təlimat yerləşdirilib. Təlimatdan faydalanmaq üçün, nazirliyin www.e-taxes.gov.az saytına daxil olaraq saytın sol tərəfindəki «Giriş» düyməsini sıxmaq, açılan pəncərədə istifadəçi kodunu, şifrə və parolu və ya «ASAN imza» məlumatlarını müvafiq xanalara daxil etmək lazımdır. Daha sonra «Bölmə» hissəsindən «e-bəyannamə» alt bölməsindəki «Daxil ol» düyməsi seçilməlidir. Açılan pəncərədə «e-bəyannamə» blokundan «Onlayn sadələşdirilmiş bəyannamə» alt menyusunu seçməklə bəyannaməni tərtib etmək mümkündür. Sadələşdirilmiş vergi ödəyiciləri http://youtu.be/3nlelrGgdPO ünvanına daxil olaraq bu barədə daha ətraflı məlumat əldə edə bilərlər.