Vergiler.az



Avtomatik məlumat mübadiləsi

 

Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində «Avtomatik məlumat mübadiləsinin praktiki tətbiqi» mövzusunda seminar keçirilib. 35 ölkədən 67 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəis müavini Rauf Namazov və həmin idarənin Məlumat mübadiləsi və inzibati yardım şöbəsinin dövlət vergi müfəttişi Fikrət Abdullayev təmsil ediblər.

Seminarın gedişində avtomatik məlumat mübadiləsinin praktiki tətbiqi və aspektlərinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi tərəfindən nümayiş etdirilən təqdimat tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirilib.