Vergiler.az



Vergi xidməti əməkdaşları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad ediblər

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim,  ümummilli lider Heydər Əliyevin vəfatından on üç il keçdi. Bu illər ərzində görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilmişdir. İnsanlar burada xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi Böyük Azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri xiyabanı ziyarət edərək, Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər qoyur, gül dəstələri düzürlər.

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü günü - dekabrın 12-də Vergilər Nazirliyinin kollektivi də, hər il olduğu kimi, Fəxri xiyabana gələrək ulu öndərin məzarını ziyarət etmişdir. Dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilmiş, məzarı önünə gül-çiçək dəstələri qoyulmuşdur.