Vergiler.az

ELAN

 

Hörmətli vergi ödəyicisi!

Fəaliyyətiniz  zamanı vergi orqanı əməkdaşları tərəfindən yol verilən korrupsiya və digər hüquqpozma halları ilə rastlaşdıqda, aşağıdakı imkanlardan istifadə etməklə, vergi orqanına müraciət edə bilərsiniz:

 

Vergilər Nazirliyinin rəsmi internet səhifəsində (www.taxes.gov.az)  «Onlayn müraciətlər» bölməsinin «Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumat ver» alt bölməsinə;

 

Vergilər Nazirliyinin poçt ünvanına və ya Daxili təhlükəsizlik baş idarəsinə üzərində «MƏXFİ - Daxili təhlükəsizlik baş idarəsinə» qeydi olan məktubları göndərməklə.

Ünvan: AZ1073, Bakı şəhəri, Landau küçəsi 16, Vergilər Nazirliyi;

 

Daxili təhlükəsizlik baş idarəsinə gəlməklə və məlumatı şəxsən (şəxsiyyətinizi təsdiq edən sənədlə) təqdim etməklə.

Ünvan: AZ1073, Bakı şəhəri, Landau küçəsi 16, Vergilər Nazirliyi, Daxili təhlükəsizlik baş idarəsi;

 

Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)

 

Vergilər Nazirliyi