Vergiler.az

Estoniyada qida məhsullarına yüksək vergilər tətbiq edilir

 

   Estoniya Avropa Birliyi ölkələri arasında qida məhsullarına dövriyyədən vahid vergi (20%) tətbiq edən az ölkələrdən biridir. Digər Avropa Birliyi ölkələrində qida məhsulları və alkoqolsuz içkilər ya güzəştli vergiyə cəlb edilir, ya da ümumiyyətlə vergidən azaddır.

Qonşu şimal ölkələrində də bu sahəyə güzəştli vergilər mövcuddur. Belə ki, İsveçdə qida məhsullarına verginin dərəcəsi 12%, Finlandiyada 14% təşkil edir. Avropa Birliyinin aparıcı ölkələri olan Almaniya və Fransada verginin dərəcəsi 7% təşkil edir. Böyük Britaniyada qida məhsulları ümumiyyətlə vergidən azaddır. İspaniya və İtaliyada qida məhsullarına vergi həmin ölkələrdə tətbiq olunan dövriyyə vergisindən aşağıdır və 10% təşkil edir, əhəmiyyətli qida məhsullarının ayrıca kateqoriyalarına isə vergi 4%-ə qədər azaldılıb.